reklam
Finalın ən yaxşı oyunçusu mərakeşli oldu -
Sportfm.az xəbər saytı

Finalın ən yaxşı oyunçusu mərakeşli oldu -Avropa Liqası


UEFA Avropa Liqasının final matçının ən yaxşı oyunçusunu seçib.

Sportfm.az xəbər verir ki, "Sevilya"nın qapıçısı Yasin Bono həlledici görüşün ən yaxşı futbolçusu adına layiq görülüb. Mərakeşli qolkiper bu münasibətlə “Hankook” mükafatını alıb.

UEFA-nın texniki müşahidəçiləri 32 yaşlı qapıçının 11 metrlik seriyada seyvlərinin həlledici olduğunu qeyd ediblər. O, Canluka Mançini və Rocer İbanezin zərbələrini dəf edİB.

Bono bu mövsüm Avroliqada "Sevilya"nın heyətində çıxış edib və 5 qol buraxıb. 

Qeyd edək ki, "Sevilya" finalda "Roma"ya (1:1, penaltilər seriyası - 4:1)  qalib gələrək Avroliqanın kubokunu qazanıb.

Oxşar xəbərlər

Mourinyo Avropa Liqasının medalını azarkeşə atdı - VİDEO
Bu gün qalib müəyyənləşəcək - Avropa Liqası
Həftənin oyunçusu açıqlandı - UEFA Super Kubok
Həftənin rəmzi komandası - Avropa Liqası
UEFA-dan yeni mükafat - Ən yaxşı oyunçu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər