reklam
Bu gün qalib müəyyənləşəcək -
Sportfm.az xəbər saytı

Bu gün qalib müəyyənləşəcək -Avropa Liqası


Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümünün final oyunu keçiriləcək.

Sportfm.az xəbər verir ki, final matçında İspaniyanın “Sevilya” klubu ilə İtaliya təmsilçisi “Roma” üz-üzə gələcək.

Oyun Macarıstanın paytaxtı Budapeştdəki 67 000 tamaşaçı tutumuna malik “Puşkaş Arena”da keçiriləcək və saat 23:00-da başlayacaq. Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci final matçı olacaq.

Turnirin rekordçusu olan “Sevilya” indiyə qədər keçirdiyi 6 final oyununun hamısında qalib gəlməyi bacarıb. “Roma” isə yalnız 1991-ci ildə finala çıxıb və həlledici görüşdə İtaliyanın digər komandası “İnter”ə məğlub olub.

Hər iki komanda daxili çempionatda ilk dördlüyə düşə bilmədiyindən, Avropa Liqasını qazanmaq onlar üçün çox vacibdir. Çünki qalib gələcək komanda növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak hüququna yiyələnəcək.

UEFA Avropa Liqası

31 may

23:00. Sevilya (İspaniya) – Roma (İtaliya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, “Puşkaş Arena”

Oxşar xəbərlər

“Roma” və “Sevilya” finalda üz-üzə gələcək - Avropa Liqası
“Roma” “Bayer”lə, “Yuventus” “Sevilya” ilə üz-üzə - Avroliqa
1/4 finalın püşkü atıldı - Avropa Liqası
“Fənərbaxça” üçün ikinci "Sevilya" sınağı - Avropa Liqası
Daha iki oyun azarkeşsiz keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər