reklam
Şəhid övladları üçün stadion turu  -
Sportfm.az xəbər saytı

Şəhid övladları üçün stadion turu -VİDEO


Dünən “Neftçi” PFK, “YAŞAT” Fondu və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə şəhid övladları üçün stadion turu təşkil olunub. 16-18 yaşlı gənclər klubun “Bakcell Arena”da yerləşən muzeyi, fan-şop, komandamıza aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olub, meydançaya ayaq basıblar.

Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, daha sonra “Türk Hava Yolları Futbol Mərkəzi”nə yollanan kollektiv əsas komandamızın məşqini izləyib, futbolçularla söhbətləşib, şəkil çəkdirib və onlardan avtoqraf alıblar.

Bu gün eyni məkanda keçirilən stadion turunda isə qonaq Bakı - İstanbul liseyinin şagirdləri olub.

Oxşar xəbərlər

Şəhid övladları üçün yay düşərgəsi - FOTO
Məktəblilər “Neftçi”nin qonağı oldu – VİDEO
"Neftçi" son məşqinə çıxdı - oyuna hazırdı
“Zaqatala” – “Neftçi” matçının vaxtı açıqlandı - Mövsümünün son turu
Premyer Liqamızda "YAŞAT turu" elan olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər