reklam
Ronaldo
Sportfm.az xəbər saytı

Ronaldo "Əl-Nəsr"dən ayrılır -KİV


Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrılmaq istəyir.

Sportfm.az xəbər verir ki, 38 yaşlı hücumçu müqaviləsini vaxtından əvvəl pozmaq niyyətindədir.

Nəşrin müasir cəmiyyətdən uzaq adlandırdığı Səudiyyə Ərəbistanının infrastrukturu Ronaldonu qane etmir. Yaxın ətrafı onun Avropaya qayıtması üçün çalışır.

Təcrübəli forvard üzrlü səbəb olmadan "Əl-Nəsr"i tərk etmək qərarına gəlsə, FIFA qaydalarına əsasən, qalan iki illik sözləşmə üçün təzminat ödəməli olacaq. Bundan əlavə, oyunçuya sanksiya da nəzərdə tutulacaq.

Qeyd edək ki, Ronaldo ilin əvvəlindən "Əl-Nəsr"in formasını geyinir. O, yerli çempionatda 14 matça çıxıb və 13 qola imza atıb.

Oxşar xəbərlər

Ronaldo ayın ən yaxşısı oldu
Ronaldo ümidini Allaha bağladı
Ronaldo Messiyə çatdı - 157 dubl
Ronaldo "Əl-Nəsr"də debüt edəcək - Bu gün
Ronaldo Səudiyyə Ərəbistanı klubuna keçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər