reklam
Final oyunlarının hakim təyinatları -
Sportfm.az xəbər saytı

Final oyunlarının hakim təyinatları -Çempionlar Liqası


İtaliyanın "İnter" və İngiltərənin "Mançester Siti" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyununun hakimi bəlli olub.

Sportfm.az xəbər verir ki, qarşılaşma polşalı FIFA referisi Şimon Marçinyaka tapşırılıb.

İtaliyanın "Roma" və İspaniya "Sevilya"sı arasındakı UEFA Avropa Liqasının final görüşünü ingiltərəli Entoni Teylor idarə edəcək.

Nəhayət, İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" kollektivləri arasındakı UEFA Konfrans Liqasının həlledici qarşılaşmasında ispaniyalı Karlos Del Serro Qrande iş başında olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 10-da, Avropa Liqasının əsas matçı mayın 31-də, Konfrans Liqasındakı həlledici matç isə iyunun 7-də oynanılacaq.

Oxşar xəbərlər

Finalın baş hakimi dəyişdiriləcək - Çempionlar Liqası
UEFA Millətlər Liqasının qalibi məlum olacaq
Hakimlər final matçına yeni formalarla çıxacaqlar - FOTO
Bakıda keçiriləcək final matçının hakimləri açıqlandı
Avroliqanın finalı üçün hollandiyalı hakim

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər