Finalın baş hakimi dəyişdiriləcək -Çempionlar Liqası
İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyununun baş hakimi dəyişdirilə bilər.
Sportfm.az xəbər verir ki, buna səbəb matça təyinat alan polşalı referi Şimon Marçinyakın ölkəsində ultrasağçı siyasətçi Slavomir Mentsenin təşkil etdiyi aksiyaya qatılmasıdır. “Yeni Ümid” partiyasının rəhbəri homofob və antisemit ifadələri ilə tanınır.
Avropa futbol qurumunun dəqiqləşdirmə üçün təcili olaraq Marçinyaka müraciət etdiyi bildirilir. Onun həlledici görüşü idarə edib-etməyəcəyi ilə bağlı iyunun 2-də veriləcək.
Qeyd edək ki, final qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Final oyunlarının hakim təyinatları - Çempionlar Liqası
Final Türkiyədə olacaq - Çempionlar Liqası
Finallar azarkeşsiz baş tutacaq - UEFA açıqladı
Avroliqanın finalı üçün hollandiyalı hakim
Olimpiya Stadionu 2020-ci ildə UEFA Çempionlar Liqasının final oyununu keçirməyə namizəd oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası