reklam
Hakimlər final matçına yeni formalarla çıxacaqlar -
Sportfm.az xəbər saytı

Hakimlər final matçına yeni formalarla çıxacaqlar -FOTO


UEFA İtaliyanın Macron şirkəti ilə 3 illik müqavilə imzalayıb.

Sportfm.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Sözləşməyə əsasən, şirkət 2023-cü ilə qədər qitə turnirlərində hakimləri forma ilə təmin edəcək.

Yeni formalardan ilk dəfə Bakıda keçiriləcək Avropa Liqasının finalında istifadə olunacaq. Hakimlər İspaniyanın paytaxtı Madriddəki Vanda Metropolitano stadionundakı Çempionlar Liqasının finalında da yeni formalar geyinəcəklər.

Macron UEFA hakimləri üçün formalar hazırlayan ilk İtaliya şirkəti olub.

Qeyd edək ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici oyun italiyalı FIFA referisi Canluka Rokkinin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb. 

Çempionlar Liqasının Finalında isə İngiltərənin "Liverpul" və "Tottenhem" komandaları iyunun 1-də üz-üzə gələcəklər. Bu qarşılaşma isə sloveniyalı Damir Skominaya həvalə olunub. 

Oxşar xəbərlər

Final oyunlarının hakim təyinatları - Çempionlar Liqası
Avropanın ən güclüsü kim olacaq? - "Tottenhem", yoxsa "Liverpul"?
Çempionlar Liqasının qalibi müəyyənləşəcək
Avropa Liqasının finalında daha bir ilk yaşanacaq
Bakıda keçiriləcək final matçının hakimləri açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər