Qurban Qurbanov İsmayıl İbrahimlini icarəyə verir
Millinin sabiq yarımmüdafiəçisi İsmayıl İbrahimli yeni mövsümü "Qarabağ"da keçirməyəcək.
Sportаь.az sportinfo.az-a istinadən xəbər verir ki, o, gələn mövsümdən "Zirə"nin şərəfini qoruyacaq.
İki klub arasında bununla bağlı razılıq əldə olunub. Anlaşmaya əsasən, "köhlən atlılar" yetirməsini "qartallar"a icarəyə verib.
Rəşad Sadıqov İsmayıl İbrahimlini hələ ötən ilin yayında qəsəbə təmsilçisinə gətirmək istəyirdi. Ölkə çempionu Rüstəm Əhmədzadəni "Zirə"nin sərəncamına göndərsə də, onu düşərgəsində saxladı.
Fəqət, İsmayıl ötən müddətdə əsas heyətə düşmək uğrunda rəqabətə tab gətirmədi, çox vaxt ehtiyatda qaldı.
Odur ki, Qurban Qurbanov oyun praktikası qazanması üçün yarımmüdafiəçinin icarə əsasında "Zirə"nin yolunu tutmasına "ok" verib.
Oxşar xəbərlər
“Qarabağ”ın futbolçuları daha 1 il “Zirə”də
"Qarabağ" bu futbolçusuyla yollarını ayırır
Azərbaycan mətbuatı 2021-ci ilin ən yaxşı futbol məşqçisini seçdi!
"Zirə" 23 yaşlı futbolçu ilə anlaşdı
“Zirə”də 6 ayrılıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası