reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" VAR-a görə cərimələndi -QƏRAR


Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

13.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXIV turunun “Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ” klubunun futbolçusu Urfan Abbasov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

13.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXIV turunun “Səbail” – “Qarabağ” oyununda ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilir (maddə 49.1);

13.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXIV turunun “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

13.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXIV turunun “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitlərdən istifadə etdiyinə görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2);

13.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXIV turunun “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra VAR sisteminin naqillərinin pirotexniki vasitənin yanması nəticəsində zədələnməsinə görə dəymiş zərər “Qarabağ” klubu tərəfindən qarşılansın (maddə 65.2);

17.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXIV turunun “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 39);

Oxşar xəbərlər

Ramil Şeydayevə 3 oyunluq cəza verdi - QƏRAR
Cəza və cərimələr açıqlandı - QƏRAR
Fizioterapevt klubu ziyana saldı - Qərar
"Neftçi" 12 min manat cərimələndi - QƏRAR
"Qarabağ" "Sabah"a dəymiş ziyanı ödəyəcək - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər