![Fizioterapevt klubu ziyana saldı -](https://cdn.crox.az/sportal/2023/may/11/moik20231683819652.jpg)
![](/templates/amon/images/logo2.png)
Fizioterapevt klubu ziyana saldı -Qərar
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, AFFA birinci divizion klublarını cəriəmələyib:
08.05.2023-cü il tarixində I Divizionun XXVIII turunun “Araz Naxçıvan” – “Səbail-2” oyununda “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz Naxçıvan” klubu 80 manat cərimə edilir (maddə 39);
09.05.2023-cü il tarixində I Divizionun XXVIII turunun MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK klubunun futbolçusu Muxtar Nəzərli ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə edilir (maddə 47.1);
09.05.2023-cü il tarixində I Divizionun XXVIII turunun MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK klubunun fizioterapevti Elxan Əhmədov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə edilir (maddə 47.3);
09.05.2023-cü il tarixində I Divizionun XXVIII turunun MOİK – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 39);
09.05.2023-cü il tarixində I Divizionun XXVIII turunun “Qəbələ-2” – “Neftçi-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Salman Ələsgərov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə edilir (maddə 47.1);
09.05.2023-cü il tarixində I Divizionun XXVIII turunun “Qəbələ-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi-2” komandası 80 manat cərimə edilir (maddə 39);
09.05.2023-cü il tarixində I Divizionun XXVIII turunun “Turan Tovuz-2” – “Zaqatala” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 39);
09.05.2023-cü il tarixində I Divizionun XXVIII turunun “Turan Tovuz-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 39);
09.05.2023-cü il tarixində I Divizionun XXVIII turunun “Turan Tovuz-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun məşqçisi Nəsib Əliyev oyun bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə edilir (maddə 47.3).
10.05.2023-cü il tarixində I Divizionun XXVIII turunun “Kəpəz-2” – “Şamaxı-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 40 manat cərimə edilir (maddə 62.2);
10.05.2023-cü il tarixində I Divizionun XXVIII turunun “Kəpəz-2” – “Şamaxı-2” matçında “Kəpəz-2” komandasının azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlədildiyinə görə “Kəpəz-2” komandası 400 manat cərimə edilir (maddə 41.7);
10.05.2023-cü il tarixində I Divizionun XXVIII turunun “Kəpəz-2” – “Şamaxı-2” matçında “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilir (maddə 39).
Oxşar xəbərlər
"Kəpəz"i cərimələndi - QƏRAR
"Qarabağ" VAR-a görə cərimələndi - QƏRAR
“Neftçi” polisə görə cərimə olundu - Birinci divizion
"Neftçi" 12 min manat cərimələndi - QƏRAR
Divizion klublarının cəzaları açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin