“Tofiq Bəhramov”da yenilik olacaq
Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir.
Sportfm.az xəbər verir ki, buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdır.
Bildirilib ki, meydançaya xidmət göstərilməsi mütəmadi olaraq müasir standartlara uyğun aparılır: "Lakin stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra, stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə də “Sabah" - “Beşikdaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb".
Meydançanın tam bərpa edildikdən sonra, avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Gəncə stadionu belə olacaq - FOTO
“Qarabağ” – “Frayburq” matçına 20 min bilet satıldı
"Qarabağ"ın oyununa 50 manatlıq bilet
"Kəpəz"ə İcra Hakimiyyətindən tam dəstək - FOTO
Gəncə şəhər stadionunda təmir işləri davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası