reklam
Media Komitəsinin tərkibində İntizam Komissiyası yaradıldı
Sportfm.az xəbər saytı

Media Komitəsinin tərkibində İntizam Komissiyası yaradıldı


Aprelin 25-də AFFA-nın konfrans zalında AFFA yanında Media Komitəsinin İdarə Heyətinin AFFA-nın baş katibi Elxan Məmmədovla görüşü keçirilib.
Sportfm.az saytı xəbər verir ki, görüşdə Media Komitəsinin gələcək fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. Görüşdən sonra İdarə Heyətinin tam tərkibdə növbəti iclası baş tutub. Əvvəlcə, 2017-ci ilin aprel-iyun ayları üçün Media Komitəsinə təqdim olunan layihələrə baxış olub, qaliblər və mentorlar seçilib:
1. Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması - newsport.az/idmanxeber.com, extratime.az, futbolpress.az saytı. 
Mentor: Araz Əhmədov
2. Azərbaycan çempionatı, kuboku, yığması və klubların avrokuboklarda iştirakı ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması - "Futbol+", "Het-trik news" qəzeti. 
Mentor: Vüqar Xeyrullayev
3. İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması - sportal.az, sport24.az, futbol11.az
Mentor: Elçin Cəlilov
4. Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar - komanda.az, sportmedia.az
Mentor: Ruslan Mikayıllı
5. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur! - qol.az, rekord.az, sportline.az
Mentor: Mahir Rüstəmli
6. Uşaq futbolu: problemləri necə aradan qaldırmalı? - sportarena.az, sportnet.az, futbolmedia.az/futbolplanet.az
Mentor: İlqar Tağıyev
7. Futzal: mövcud durum və perspektiv üfüqləri - sportfm.az/korner.az, futbolxeber.az, sportinfo.az/premyer.az
Mentorlar: Rüstəm Piriyev, Ruslan Mikayıllı
8. İslamiada: İslam dünyasından dünya idmanına körpü – apasport.az, azerisport.com, sportbox.az
Mentor: Rüstəm Piriyev
Qaliblər layihələrin icrasına bu gündən başlaya bilərlər.
İclasda həmçinin, AFFA yanında Media Komitəsinin nəzdində fəaliyyət göstərəcək 5 nəfərdən ibarət İntizam Komissiyasının tərkibi təsdiqlənib. İntizam Komissiyası aşağıdakı şəxslər təmsil olunacaqlar: Mahir Rüstəmli, Elçin Cəlilov, Törə Əhmədova (AFFA), Aslan Şahgəldiyev (PFL), Rüstəm Əfsərli (CBC-Sport).

Oxşar xəbərlər

MK-nın cəza sanksiyaları işə düşə bilər
Media Komitəsinin növbəti iclası keçirilib
Media Komitəsinin İdarə Heyəti KİV nümayəndələri ilə görüşüb
Media Komitəsinin İdarə Heyətinə seçki keçirilib
Media Komitəsinə 8 namizəd var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər