Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Media Komitəsinə 8 namizəd var
Aprelin 4-də AFFA yanında Media Komitəsinin (MK) İdarə Heyətinin növbəti iclası keçirilib.
Sportfm.az saytının məlumatına görə, İdarə Heyətinin üzvlərindən Mahir Rüstəmli, Vüqar Zeynalov, İlqar Tağıyev, Elçin Cəlilov və qurumla AFFA arasında əlaqələndirici Firuz Abdullanın iştirak etdiyi iclasda əsasən aprelin 7-nə nəzərdə tutulan seçki ilə bağlı məsələlər müzakirə olunub və qərara alınıb:
1. İdarə Heyətinə seçkidə iştirak etmək istəyənlərin namizədlikləri qeydə alınsın.
Beləliklə, aprelin 7-də AFFA-nın inzibati binasının konfrans zalında keçiriləcək seçkiyə aşağıdakı namizədlər qatılacaqlar:
1. Cəlilov Elçin (futbolpress.az)
2. Cəfərov İbrahim (futbolxeber.az)
3. Əhmədov Araz (sportfm.az)
4. Hacı Kamran (allsport.az)
5. Xeyrullayev Vüqar (apasport.az)
6. Mikayıllı Ruslan (azerisport.az)
7. Rüstəmli Mahir (Futbol+)
8. Tağıyev İlqar (Het-trik news)
2. Səsvermədə iştirak etmək istəyən Media Komitəsi üzvləri aprelin 7-i saat 15:00-dan 15:20-ə kimi qeydiyyatdan keçməlidirlər. Hər mətbu orqandan 1 nümayəndə səsvermədə iştirak edə bilər. Göstərilən vaxtda qeydiyyatdan keçməyənlər səsvermədə iştirak edə bilməyəcəklər. Çıxış etmək istəyən MK üzləri və üzvlüyə namizədliklərini irəli sürmüş saytların nümayəndələri qeydiyyat zamanı bu barədə istəyini qeydiyyatı aparan şəxsə bildirməlidirlər. Çıxış müddəti 1 nəfər üçün maksimum 5 dəqiqə nəzərdə tutulub.
Oxşar xəbərlər
MK-nın cəza sanksiyaları işə düşə bilər
Media Komitəsi əməkdaşlıq perspektivlərini müzakirə etdi
Media Komitəsinin tərkibində İntizam Komissiyası yaradıldı
Media Komitəsinin İdarə Heyəti KİV nümayəndələri ilə görüşüb
Media Komitəsinin İdarə Heyətinə seçki keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası