reklam
Sözündən dönənlər -
Sportfm.az xəbər saytı

Sözündən dönənlər -Naxçıvan klubunu niyə "qaralayıblar"?


"Araz Naxçıvan" vaxtından əvvəl Birinci Divizionda çempion oldu. Klub bu uğuru əldə etmək xeyli işlər görüb. Naxçıvan təmsilçisi mövsümün əvvəlindən infrastrukturunu yaxşılaşdırmaqla yanaşı, klub olma istiqamətində səmərəli işlərlə yadda qalıb. Təbii ki, bütün bunların sonunda uzun müddətdi futbol elitamızdan kənarda qalan klubun rəhbərliyi yenidən Premyer Liqaya qayıtmaq istəyir. Amma nədənsə, komanda Divizionda çempion olduqdan sonra heç yanda(AFFA-nın heç bir açıqlaması olmadı) klubun növbəti mövsümdən etibarən Premyer Liqada çıxış edəcəyi yazılmadı. Qulağımıza gələn siqnala görə, komandanın önünü kəsmək istəyirlər. Bu nəyə siqnaldır? Nədən Azər Bağırovun komandasını heç kim növbəti mövsümdə "yuxarıda" görmür? Axı, bir müddət öncə AFFA-nın baş katibi bildirmişdi ki, divizion çempionu elitaya yüksələcək və elitadan bir klub aşağı düşəcək. Nə oldu indi, şərtlər dəyişdi, yoxsa federasiya kimlərinsə sözü ilə yenə sözündən döndü? Yaşayarıq, görərik...   

Oxşar xəbərlər

Azərbaycan klubu iranlı forvardı gətirir
"Xan Lənkəran" qoşulsun, futbolumuzun gözünə işıq gəlsin... DÜŞÜNÜN
Elxan Məmmədov açıqladı: "Kəpəz" Premyer Liqada qalacaq?
Zaur Svanadze yenidən Bakı klubunda - ÖZƏL
Bəxtiyar Soltanov:"Mənim üçün ən doğma klub..." - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər