"Xan Lənkəran" qoşulsun, futbolumuzun gözünə işıq gəlsin... DÜŞÜNÜN
Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti mövsümdən neçə komandanın çıxış edəcəyi bəlli deyil. Düzdü, AFFA rəsmiləri çıxışlarında 10 komandalı çempionatının siqnallarını verib, ancaq hələ ki, konkret adlar yoxdur. Ola bilər ki, ümumiyyətlə olmasın. Bu AFFA-dı, nə desən çıxar.
Bəzi futbolsevərlər "Kəpəz"siz, digərləri "Turan"sız(məhz "Turan"sız), başqaları "Zaqatala"sız futbol elitamızı təsəvvür belə etmək istəmir.
Azərbaycanda bir qisim futbol fanatları da varki, onlar üçün "Xəzər Lənkəran" həyatın özüdü. Uzun müddətdi bu klub Premyer Liqada çıxşını dayandırıb. Di gəlki, buna baxmayaraq, Lənkəran şəhər stadionunda nə vaxt oyun olsa, tribunalar dolur, azarkeşlər stadiona axışır.
Son zamanlar bu bölgəni təmsil edən "Xan Lənkəran"ın çıxışlarını izləyənlər bilir ki, bu klubun matçları zamanı ajiotaj olur. Bu onu göstərir ki, Lənkəranda futbola sevgi ölməyib, əksinə daha da alovlanıb. Və bu alovlanma futbol həsrəti artdıqca, çoxalacaq.
Bəlkə elə dəqiq elitaya yüksələcəyi deyilən Gəncə təmsilçisi "Kəpəz"lə yanaşı, Premyer Liqaya "Xan Lənkəran"da qoşulsun. Ölkə futbolunun gözünə işıq gəlsin.
Şəxsən mən Azərbaycan futbolunu cənub bölgəsindən komanda olmadan təsəvvür edə bilmirəm. Cənublu azarkeşlər və onların futbola sevgisi, bağlılığı tamam başqadı. Məncə düşünməyə dəyər. Təbii ki, tək bizim düşünməyimizlə iş bitmir, bunu gərək AFFA rəsmiləri də düşünsün.
Araz Əhmədov
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Sumqayıt | 31 | 12 | 11 | 8 | 32-34 | 47 |
3 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
4 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 31 | 11 | 9 | 11 | 47-44 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz Naxçıvan |
18 |
15 |
2 |
1 |
141 |
27 |
47 |
2 |
Baku Fire |
18 |
11 |
5 |
2 |
132 |
46 |
38 |
3 |
Neftçi İK İB |
18 |
11 |
3 |
4 |
162 |
56 |
36 |
4 |
Yasamal Bakı |
18 |
6 |
2 |
10 |
79 |
149 |
20 |
5 |
U-19 |
18 |
2 |
3 |
13 |
61 |
141 |
9 |
6 |
Record club |
18 |
1 |
1 |
16 |
32 |
188 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 55, Kənan Manafov (Baku Fire) - 49, Rüstəm Bağırov (Yasamal Bakı) - 41 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 22 | 14 | 6 | 2 | 38-14 | 48 |
2 | İmişli | 22 | 12 | 7 | 3 | 34-15 | 43 |
3 | Şamaxı | 22 | 11 | 9 | 2 | 47-18 | 42 |
4 | MOİK | 22 | 12 | 5 | 5 | 43-22 | 41 |
5 | Karvan | 22 | 9 | 5 | 8 | 26-26 | 32 |
6 | Zaqatala | 22 | 6 | 8 | 8 | 27-28 | 26 |
7 | İrəvan | 22 | 7 | 2 | 13 | 25-47 | 23 |
8 | Mingəçevir | 22 | 6 | 4 | 12 | 16-32 | 22 |
9 | Difai Ağsu | 22 | 4 | 5 | 13 | 26-38 | 17 |
10 | Araz Saatlı | 22 | 3 | 1 | 18 | 22-64 | 10 |