reklam
Sportfm.az xəbər saytı

"Kəpəz"i "boğurlar" -"10 min olmalıdır"


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AFFA tərəfindən “Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionuna bir neçə dəfə baxış keçirilib.

Sportfm.az Komanda.az-a istinadən xəbər verir ki, baxış zamanı stadionun qəzalı tribunalrının təmiri, azarkeş tutumunun 10 min nəfərə qədər azaldılmasi müzakirə olunub. Lakin “Kəpəz” rəhbərliyi bu sayın az olacağını bildirərək, etiraz edib. Arenanın hazırkı tutumu 27 000 tamaşaçıdır.

Xatırladaq ki, Gəncə şəhər stadionunun qazonu acınacaqlı durumda olduğu üçün “Kəpəz” ev oyunlarını Qəbələ şəhər stadionunda keçirir.

Qərb təmsilçisi hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində 29 xalla 7-ci pillədə qərarlaşıb. “Kəpəz” 33-cü turda “Sabah”a məğlub olub – 0:3. Növbəti turda onlar “Zirə” səfərinə yollanacaq.

Oxşar xəbərlər

“Kəpəz” ev oyunlarını Tovuzda keçirəcək - Qərar
"Kəpəz" ev oyunlarını Gəncə stadionunda keçirəcək - AÇIQLAMA
33-cü və 34-cü turun oyun cədvəli - Misli Premyer Liqası
"Kəpəz" Gəncədə oynamayacaq - Misli Premyer Liqası
"Qəbələ" razılıq verdi, "Kəpəz" səfərə yollandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər