"Qarabağ" rekordunu təkrarladı -Misli Premyer Liqası
“Qarabağ” Misli Premyer Liqasının 2022/23 mövsümündə 26-cı qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, Qurban Qurbanovun komandası buna 33-cüturda nail olub.
Ağdamlılar “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.
Bölgə təmsilçisi ölkə çempionatında bir mövsüm ərzində qazanılan qələbə sayında ən yüksək göstəriciyə 2015/16 mövsümündə imza atıb. Həmin vaxt 36 matçdan 26-da rəqiblərini məğlub edən “Qarabağ” 7 ildən sonra həmin nəticəni təkrarlayıb. Mövsümün sonuna üç tur qaldığı üçün Qurbanovun komandası bu rekordu yeniləmək imkanına da malikdir.
Qeyd edək ki, bir mövsümdəki qələbə sayında Azərbaycan çempionatlarının rekordu 1992-ci ildə qeydə alınıb. “Neftçi” həmin vaxt 36 oyunda 30 dəfə qalib gəlib.
Oxşar xəbərlər
"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı - Misli Premyer Liqası
Tarixdə 8-ci, “Qarabağ”dan 2-ci
Derbidə rekord
"Neftçi"dən son 10 ilin rekordu - Premyer Liqa
“Qarabağ”dan mövsümün rekordu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cüdoçularımızdan rekord göstərici - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
“Sumqayıt”dan ilk qələbə, "Zirə"dən bərabərlik - Premyer Liqa
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası