

Bakıda idmançı qazini döydü, çənəsini sındırdı -Hadisə
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qalıb. Belə ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün Komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. Daha sonra o, DTSERA-nın əməkdaşına hücum edib. Nəticədə Namiq Babayevin çənə sümüyü 2 yerdən sınaraq, dişləri qırılıb və hazırda tibb müəssisəsində müalicə olunur, əməliyyat olunacaq.
Sportfm.az xəbər verir ki, hücuma məruz qalan və çənəsi sınan işçi Namiq Babayev qazidir. 5 medal ilə təltif edilmişdir. Müharibə zamanı döyüşlərdə yaralanan Namiq Babayev II dərəcə əlildir. Qazinin çənəsini sındıran idmançıya cinayət işi açılıb.
Oxşar xəbərlər
Qazinin çənəsini sındıran idmançıdan xəbər var
Qazinin çənəsini sındıran idmançı hakim qarşısına çıxdı
Azərbaycan boksçusu şəhid oldu - FOTO
Beynəlxalq yarışın qalibləri bilindi - SİYAHI
İlham Zəkiyev qazi ilə görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin