reklam
Azərbaycan idmançıları 5 medal qazanıblar
Sportfm.az xəbər saytı

Azərbaycan idmançıları 5 medal qazanıblar


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında yarışlara yekun vurulub.

Sportfm.az xəbər verir ki, Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan son gündə Azərbaycan idmançıları 5 medal qazanıblar.

2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində Vacib Babayev və Nihad Rəhimov cütlüyü iki nəfərlik kayakla 200 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıb. Sahib Əyyubzadə – Nuran Rəhimli dueti üçüncü olub.

2005-2006-cı il təvəllüdlü oğlanların 2 nəfərlik kayakla eyni məsafəyə yarışında isə Maarif Qarayev – Rüfət Rəhimov cütlüyü ikinci, Emil Allahverdiyev – Amil Süleymanov dueti üçüncü yeri tutublar.

Nəhayət, akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Tunar Cəfərli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan avarçəkənləri “Prezident Kuboku-2023” beynəlxalq reqatasını 14 medalla (2 qızıl, 3 gümüş, 9 bürünc) başa vurublar.

Oxşar xəbərlər

Azərbaycan avarçəkəni reqatasında “qızıl” qazandı - Prezident Kuboku 2024
Avarçəkənlər Mingəçevirdə yarışacaqlar - “Prezident Kuboku-2023”
“Prezident Kuboku-2023” - İlk qaliblər məlum oldu
“Prezident kuboku-2022”-də 100-dən artıq idmançı mübarizə aparacaq
Bayramov Slovakiyada qızıl medal qazandı - Uğur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər