reklam
Bayramov Slovakiyada qızıl medal qazandı -
Sportfm.az xəbər saytı

Bayramov Slovakiyada qızıl medal qazandı -Uğur


Azərbaycan kayakçısı Tofiq Bayramov Slovakiyanın paytaxtı Bratislavada keçirilən beynəlxalq reqatanın qalibi olub.

Sportfm.az xəbər verir ki, sayca 35-ci dəfə təşkil olunmuş yarışda 17 yaşlı idmançı yeniyetmələrin 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşündə qızıl medal qazanıb.

O, seçmə mərhələdə finişə 41,302 saniyəyə, yarımfinalda 41,430 saniyəyə, finalda isə 41,190 saniyəyə çatıb.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, oğlanlardan Maarif Qarayev - Ceyhun Vəlixanov dueti 2 nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə final yürüşündə 2 dəqiqə 0,070 saniyəyə 4-cü, Nicat Rəhimov 1 nəfərlik kanoe qayığı ilə eyni məsafəyə həlledici yürüşdə 55,750 saniyəyə 8-ci yeri tutub.

Yeganə xanım kanoeçi Gülnarə Həmzəyeva isə 1 nəfərlik qayıqla seçmə mərhələdə yürüşündə finişə 1 dəqiqə 12,080 saniyəyə çataraq, sonuncu - 7-ci yeri tutub və mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, beynəlxalq reqatada 10 ölkə yığması və Slovakiyanın 14 klubu iştirak edib.

Oxşar xəbərlər

Azərbaycan avarçəkənləri 2 qızıl medal qazandı - Beynəlxalq turnir
Kayakçılarımız İtaliyada 12 medal qazandı - FOTO
Avropa Oyunlarına daha bir lisenziya qazandıq
Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı
Rio-2016: Demyanenko ikinci, Osipenko-Radomskaya sonuncu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər