Kadi üçün mövsüm bitdi
Rusiyanın “Krasnodar” klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Kadi Borges üçün mövsüm bitib.
Sportfm.az xəbər verir ki, bu barədə braziliyalı yarımmüdafiəçi Rusiya mətbuatına açıqlamasında deyib.
Rusiya Premyer Liqasının 24-cü turunun matçında “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə hava toqquşması nəticəsində beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qalan 27 yaşlı oyunçu gələn mövsümün hazırlığı zamanı kollektivə qoşulacağını bildirib:
“Zədədən sonra reabilitasiya 15-20 gün davam edəcək. Hərtərəfli bərpa dönəmi isə 1-2 ay çəkəcək. Bu müddət ərzində qoruyucu maskadan istifadə edəcəm. Çox güman ki, növbəti mövsümün hazırlığı zamanı komanda ilə birgə olacam”.
Qış fasiləsində “Qarabağ”dan “Krasnodar”a keçən Kadi Rusiya klubunun heyətində 11 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Oxşar xəbərlər
Kadi yenidən yaşıl meydanlarda
Kadi əməliyyat olundu
Ağır zədə alan Kadi Borgesin indiki halı... VİDEO
Kadi Borges “Qarabağ”dan ayrıldı
Kadi niyə “Qarabağ”ı atdı? - 10 dəfə çox qazanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası