reklam
İdmançılarımızın apreldə qazandıqları medalların sayı -
Sportfm.az xəbər saytı

İdmançılarımızın apreldə qazandıqları medalların sayı -164


Azərbaycan idmançıları apreldə beynəlxalq turnirlərdə 164 medal qazanıblar.

Sportfm.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov ötən ayla bağlı qurumun rəsmi saytındakı qeydində bildirib.

Nazir boks, cüdo, bədii gimnastika, akrobatika gimnastikası, idman gimnastikası, badminton, akademik avarçəkmə, qılıncoynatma, taekvondo, üzgüçülük, sərbəst güləş, yunan-Roma güləşi, sambo, şahmat, sumo, stolüstü tennis, para-pauerliftinq və digər idman növlərində uğurların olduğunu vurğulayıb.

Fərid Qayıbov sərbəst güləş üzrə Azərbaycan millisinin dördüncü dəfə Avropa çempionu olmasını da xatırladıb: “Eyni zamanda sərbəst güləşçimiz Hacı Əliyev dördüncü dəfə Avropa çempionluğunu qazanıb”.

Oxşar xəbərlər

Nazir idmançlılarla görüşdü
İdmançılarımızın ötən ay qazandıqları medalların sayı - SİYAHI
İdmançılarımız ötən ay 31 medal qazandı
Nazir idmanda görülən işlərdən yazdı
Fərid Qayıbov qalib idmançılarla görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər