

Nazir idmançlılarla görüşdü
Aprelin 1-də gənclər və idman naziri Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Sportfm.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutan görüşdə əvvəlcə ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.
Nazir Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün onları təbrik edib və yeni uğurlar arzulayıb. Tədbirdə boks, bədii gimnastika, idman gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, stolüstü tennis, paraatletika, cüdo, paracüdo, sərbəst güləş, yunan-Roma güləşi, güllə atıcılığı, qılıncoynatma, taekvondo, karate, sumo, paraüzgüçülük yarışlarında ölkəmizə medal qazandırmış idmançılar çıxışlarında qələbələri haqqında ətraflı məlumat veriblər.
Oxşar xəbərlər
Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
Nazir idmançılarla görüşdü - uğurlu olanlarla
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü - FOTO
İdman naziri idmançılarla görüşdü
İdmançılarla nazir görüşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin