Portuqaliyadakı turnirə qatılacaq Azərbaycan yığması -SİYAHI
Aprelin 29-da Portuqaliyanın Portimao şəhərində start götürəcək bədii gimnastika üzrə beynəlxalq turnirə qatılacaq Azərbaycan təmsilçilərinin adları açıqlanıb.
Sportfm.az xəbər verir ki, beş gün davam edəcək yarışda milli komandaların ümumilikdə 10 üzvü qüvvəsini sınayacaq.
Böyüklər arasında Alina Məmmədova və Kamilla Seyidzadə, gənclərdə isə Şəms Ağahüseynova və Nuray Əhmədzadə fərdi proqramda medallar uğrunda yarışacaqlar.
Turnirdə həmçinin, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası mübarizə aparacaq.
Azərbaycan gimnastları turnirdə iştirak üçün artıq Portuqaliyaya yollanıblar.
Oxşar xəbərlər
Yığmamızın Olimpiya lisenziyalı yarış üçüm heyəti - SİYAHI
Gimnastlarımız beynəlxalq turnirə qatılacaq
Millimiz Rumıniyadakı turnirdə iştirak edəcək
Gimnastlarımız Portuqaliyada daha dörd medal qazandı
"AGF Trophy"də topla hərəkətlərdə finalçılar məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası