reklam
Sportfm.az xəbər saytı

"AGF Trophy"də topla hərəkətlərdə finalçılar məlum oldu


Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində top ilə yarışların finalçıları müəyyənləşib.

Sportfm.az xəbər verir ki, təsnifat mərhələsində ilk səkkiz pillədə yer alan gimnastlar finala adlayıblar. Həlledici mərhələdə Azərbaycanın iki gimnastı – Şəms Ağahüseynova və Sofiya Məmmədova medallar uğrunda mübarizə aparacaq. Təmsilçilərimiz ilə yanaşı, finalda kiprli Vera Tuqolukova, Özbəkistan gimnastı Natalya Usova, polşalı Olivia Maslov, israilli Lian Rona, Bolqarıstan idmançısı Dara Malinova və misirli Alia Ahmed çıxış edəcəklər.

Qeyd edək ki, turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək. Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Oxşar xəbərlər

Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək
Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO
MGA-da 2-ci AGF Junior Trophy beynəlxalq turnirinə start veriləcək
Bakıda "GymBala" adlı beynəlxalq turnirə start verildi
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər