reklam
Bakıdakı yarışda bunlar qadağandır -
Sportfm.az xəbər saytı

Bakıdakı yarışda bunlar qadağandır -SİYAHI


Daxili İşlər Nazirliyi (DİN) “Formula 1 Azərbaycan Qran Prisi” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olan əşyaların siyahısını yayıb.

Sportfm.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Spirtli içkilər, hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla), qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla), odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar, lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter, soyuducu qutular, pikinik üçün səbətlər, iri əşyalar və bel çantaları, tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər, peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar və.s əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.

Oxşar xəbərlər

46 azarkeş saxlandı - Konfrans Liqası
Stadionlarda spirtli içki satılmayacaq - DÇ-2022
Çin Qran-prisi ləğv olundu
Azərbaycan Qran Prisi təxirə salınır? - RƏSMİ
Bolidlər Bakıya gətirilməyə başlandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər