reklam
Stadionlarda spirtli içki satılmayacaq -
Sportfm.az xəbər saytı

Stadionlarda spirtli içki satılmayacaq -DÇ-2022


Bu il Qətərdə keçiriləcək dünya çempionatı zamanı azarkeşlər stadionlarda spirtli içki ala bilməyəcəklər.

Sportfm.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Stadionlardan kənarda spirtli içkilərin alınmasına yalnız müəyyən matçlardan əvvəl və sonra icazə veriləcək. Stadionlarda matç zamanı spirtli içkilər satılmayacaq. Spirtli içkiləri yalnız tənzimlənən yerlərdə almaq mümkün olacaq.

Qeyd edək ki, Qətərdə ictimai yerlərdə spirtli içki qəbul etmək qadağandır. Bundan əlavə, spirtli içkilərin ölkəyə müstəqil idxalı da qadağandır.

Xatırladaq ki, Qətərdəki dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

 

Oxşar xəbərlər

Dünya çempionatında pivə olmayacaq!
DÇ-2022-də yeni qadağalar - Cinsi əlaqə və spirtli içki olmaz
Mahir Emreli: "Spirtli içki içmirəm"
Emreli spirtli içki içməyib - Məhkəmə
Azarkeşlərə daha bir qadağa - spirtli içki içə bilməyəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər