reklam
Cüdoçumuz Avropa çempionu oldu
Sportfm.az xəbər saytı

Cüdoçumuz Avropa çempionu oldu


Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulub.
Sportfm.az xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə daha bir qızıl medal yazdırıb.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Avropa çempionluğu sevincini yaşayıb. Azərbaycan cüdoçusu finalda Fransa təmsilçisi Mareti ipponla məğlub edərək qitə çempionatının qızıl medalına sahib olub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov cüdoçumuzu tarixi qələbə münasibətilə təbrik etdi.

Digər cüdoçularımız – Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) isə 5-ci olub.

Bununla da, Azərbaycan milli komandası 2 qızıl, 3 bürünc medal qazanaraq Avropa çempionatını kişilər arasında fərdi yarışlarda ikinci yerdə tamamlayıb.

Qeyd edək ki, sabah Azərbaycan yığması komanda yarışlarında mübarizə aparacaq. Komanda yarışlarında Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) də digər cüdoçularımızla birgə yarışacaq.

Oxşar xəbərlər

Azərbaycan cüdoçusu Avropa çempionu oldu
Azərbaycan cüdoçuları Avropa çempionatında mübarizəyə başlayır
Cüdoçularımız Avropada 1-ci olublar
Elxan Məmmədov medal qazandı
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər