reklam
Komandanı məhkəməyə verdilər
Sportfm.az xəbər saytı

Komandanı məhkəməyə verdilər


Formula 1-də mübarizə aparan “Uilyams” komandası xoş olmayan vəziyyətlə üzləşib.

Sportfm.az xəbər verir ki  ROKiT şirkəti Britaniya komandasını məhkəməyə verib.

Kompaniyanın iddiasına görə, "Uilyams” rəhbərliyi onları aldadıb. Britaniyalı funksionerlər şirkət rəhbərliyini əmin ediblər ki, onlar üçün müəyyən qədər vəsait xərcləyəcəkləri halda rəqabətədavamlı komandaya çevriləcəklər. Halbuki, onlar bu vəsaitin də kifayət etməyəcəyini bilirmişlər.

Sonradan məsələdən xəbərdar olan ROKiT “Uilyams”la müqaviləyə xitam verib. İndi onlar məhkəmə vasitəsilə Britaniya təmsilçisindən 149 milyon dollar təzminat tələb edir. “Uilyams” isə koronavirusa görə yarışların dayandırıldğını və nəticədə planın baş tutmadığnı iddia edir.

Oxşar xəbərlər

Robbi Uilyams klub prezidenti oldu
28 illik rekordu təkrarladı - 246 oyuna çıxmaqla
Ən çox qazanan qadın idmançılar - SİYAHI
Serena Uilyams böyük məbləğdə cərimələndi
DÇ-2018-in açılışında oxuyan müğənni cərimələnəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər