Jorje Jesusla bağlı qərar verildi -Yola davam
Türkiyənin "Fənərbaxça" klubu baş məşqçi Jorje Jesusla bağlı qərar qəbul edib.
Sportfm.az xəbər verir ki, bu gün İstanbul təmsilçisinin prezidenti Ali Koçla portuqaliyalı mütəxəssis arasında görüş baş tutub. Tərəflər müzakirələrdən sonra yola davam etmək barədə ortaq məxrəcə gəliblər. Jesus 6 aprel tarixində Türkiyə Kuboku çərçivəsində "Kayserispor"la matçda komandanın "sükan"ı arxasında olacaq.
Qeyd edək ki, Jorje Jesus mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. "Sarı-lacivərtlilər" Super Liqada 27 turdan sonra 54 xalla ikinci pillədə qərarlaşıb. "Kanarya" lider "Qalatasaray"dan 9 xal geri qalır. "Fənərbaxça" 2 gün əvvəl Super Liqada doğma meydanda "Beşiktaş"a 2:4 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Beşiktaş" azarkeşləri stadiona buraxılmayacaq
İstanbul klubuna qadağa qoyuldu
“Fənərbaxça” yeni baş məşqçisini açıqladı - RƏSMİ
"Beşiktaş" Sərgənlə bağlı qərarını verdi - Yola davam
Əzəli rəqibini məğlub edib tarixə düşdü - Seriyalar qırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" 9-1 "Şəmkir" - VİDEO
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası