"Gəncəli azarkeşləri çox sevirəm" -Şahin Diniyev
"Gəncəyə rəqib olaraq qayıtmaq bir az çətindi. Çünki bu şəhərdə demək olar ki, yaxşı futbolçu və məşqçi həyatı yaşamışam. Ancaq bu futboldur. Harda işləyirsənsə, oranın uğuru üçün çalışmalısan".Bu sözləri sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis bu qarşılarına rəqib kimi çıxacağı gəncəli azarkeşlərdən söz açıb: "Onları çox sevirəm. Oyun zamanı gəncəli azarkeşləri tribunada görməkdən çox şad olacam".
Diniyev Misli Premyer Liqasının XXVIII turunun açılış oyununda "Sumqayıt"ın "Turan Tovuz" üzərindəki səfər qələbəsindən (3:2) və elitada qalmaq uğrunda gedən mübarizədən danışıb: "Bu, futboldu və ən vacib oyunlardan birini oynayırıq. Son oyunumuz olmasa da, vacib görüşlərdən biridi. "Sumqayıt" səfərdə qələbə qazandı. Ancaq heç kimin oyununa fikir verməməliyik. Öz oyunumuzu və xallarımızı düşünməliyik. Tək "Sumqayıt" deyil, "Səbail", "Kəpəz" və "Şamaxı" elitada qalmaq üçün mübarizə aparır. Bu səbəbdən hər oyun bizim üçün çox vacibdir və ciddi hazırlaşırıq".
Oxşar xəbərlər
Gəncəli futbolçu 100-ü haqladı
“Kəpəz” azarkeşlərinə görə cəzalandı
"Məşqçilər korpusundan kimsə kimisə qorxutmur" - Yaşar Vahabzadə
Azarkeşlərdən Diniyevə dəstək
Nicat Qurbanov gəncəli azarkeşlərə səsləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası