Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Kəpəz” azarkeşlərinə görə cəzalandı
AFFA-nın İntizam Komitəsinin qərarları.
03.03.2023-cü il tarixində Misli Premyer Liqasının XXV turunun “Zirə” – “Şamaxı” oyununda “Zirə” klubu günün planı tələblərini pozduğuna görə 800 manat cəzalandırılsın. (maddə 84).
04.03.2023-cü il tarixində Misli Premyer Liqasının XXV turunun “Səbail” – “Sumqayıt” oyununda “Səbail” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələrin işlənməsinə görə “Səbail” klubu 4000 manat cəzalandırılsın. (maddə 41.7).
04.03.2023-cü il tarixində Misli Premyer Liqasının XXV turunun “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun nümayəndəsinin iclasa gecikməsinə görə “Sumqayıt” klubu 800 manat cəzalandırılsın. (maddə 62.1).
04.03.2023-cü il tarixində Misli Premyer Liqasının XXV turunun “Səbail” – “Sumqayıt” oyununda “Səbail” klubunun 23 nömrəli oyunçusu Qustavo de Fransa rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun kənarlaşdırılsın, klub 200 manat cəzalandırılsın. (maddə 47.2).
04.03.2023-cü il Misli Premyer Liqasının XXV turunun “Sabah” – “Kəpəz” oyununda “Sabah” klubunun futbolçusu Anatoli Nuriyev oyunda ikinci sarı vərəq alaraq meydandan kənarlaşdırıldığına görə 1 oyun kənarlaşdırılsın, klub 200 manat cəzalandırılsın. (maddə 47.2).
04.03.2023-cü il Misli Premyer Liqasının XXV turunun “Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun futbolçusu Abdullahi Şuaybu ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun kənarlaşdırılsın, klub 1600 manat cəzalandırılsın. (maddə 36.1).
04.03.2023-cü il Misli Premyer Liqasının XXV turunun “Sabah” – “Kəpəz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən oyunun hakimlərinin kütləvi təhqir edilməsinə görə klub 4000 manat cəzalandırılsın (maddə 41.7).
05.03.2023-cü il Misli Premyer Liqasının XXV turunun “Qəbələ” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).
05.03.2023-ci il tarixində keçirilən “Rəvan” – “Timsport” oyununda “Timsport” komandasının oyunçusu Xəlfəliyev Ayaz oyunun 15:00 dəqiqəsində meydanı icazəsiz tərk etdiyi üçün bir oyunda ikinci sarı vərəqə almaqla, qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1).
05.03.2023-ci il tarixində keçirilən “Rəvan” – “Timsport” oyununda “Timsport” komandasının oyunçusu Süleymanlı Etibar rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.2).
Oxşar xəbərlər
"Qarabağ" VAR-a görə cərimələndi - QƏRAR
Fizioterapevt klubu ziyana saldı - Qərar
AFFA klublarımızı cərimələdi - QƏRAR
Azərbaycanda iki klubu təcili tibbi yardım maşınına görə cərimələdilər
AFFA klubları cərimələdi - İntizam Komitəsinin qərarları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası