reklam
Rəcəbov mövqeyini qorudu, Məmmədyarov gerilədi -
Sportfm.az xəbər saytı

Rəcəbov mövqeyini qorudu, Məmmədyarov gerilədi -FİDE reytinqi


FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, aprel ayının cədvəlində Azərbaycanın 9 şahmatçısı yer alıb.

Teymur Rəcəbov 2747 xalla dünyada 10-cudur. 1 pillə geriləyən və 16-cı sırada qərarlaşan Şəhriyar Məmmədyarov ondan 9 xal geri qalır. 

Hələ də Azərbaycanın adından çıxarılmayan Arkadi Naydiç 60-cı yerdə qərarlaşıb. O, 2676 xala malikdir. 2661 xala malik Qədir Hüseynov 79-cu, 15 xal geri qalan Rauf Məmmədov 98-ci sıradadır.

Siyahıya norveçli Maqnus Karlsen başçılıq edir – 2853.

Qadın şahmatçıların arasında ən yüksək pillədə olan Günay Məmmədzadə 2449 xalla 23-cüdür. 

Ülviyyə Fətəliyeva (2401) 52-ci, Gövhər Beydullayeva (2375) 71-ci, Gülnar Məmmədova (2349) isə 96-cı yerdədir.

Qadınların siyahısında çinli Yifen Hou birincidir – 2628 xal. 

Oxşar xəbərlər

Qadın şahmatçılarımız geriləyiblər, Rəcəbov isə... FIDE reytinqi
Teymur mövqeyini qorudu - FİDE reytinqi
Şahmatçılarımız “100-lüy”ü tərk etdi - FİDE reytinqi
Məmmədyarov və Rəcəbov gerilədi - FİDE reytinqi
Məmmədyarov gerilədi, Rəcəbov mövqeyini qorudu - FIDE reytinqi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər