İstanbul komandası Azərbaycana təşəkkür etdi -FOTO
Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbək Bakıda “Qarabağ”a qarşı keçirdikləri xeyriyyə oyununa görə Azərbaycana təşəkkür edib.
Sportfm.az xəbər verir ki, onun təşəkkür məktubu klubun sosial şəbəkə hesabında yayımlanıb.
Açıqlamada bunlar qeyd olunub: “Qardaş ölkə Azərbaycanın seçilən komandası “Qarabağ”la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Klubumuzu böyük nəzakətlə qarşılayan “Qarabağ”ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşğulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram”.
Xatırladaq ki, qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçdan əldə olunmuş bütün gəlir Türkiyədəki dəhşətli zəlzələdən zərər çəkmişlərə yardım üçün göndəriləcək.

Oxşar xəbərlər
Bakıda keçiriləcək oyuna 25 minə yaxın bilet satıldı
Türk dövlətləri arasında turnir keçiriləcəkmi? - Təşəbbüs
İkardi Azərbaycana belə təşəkkür etdi - "Hər kəsə minnətdaram"
Azərbaycan və Türkiyə təmsilçiləri “qardaş klublar” olacaqlar
“Gent” “Qarabağ”a təşəkkür etdi - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası