reklam
Bakıda keçiriləcək oyuna 25 minə yaxın bilet satıldı
Sportfm.az xəbər saytı

Bakıda keçiriləcək oyuna 25 minə yaxın bilet satıldı


“Sabah” klubu mayın 13-də Türkiyə Super Liqa təmsilçisi “Beşiktaş”la yoldaşlıq oyunu keçirəcək.

Sportfm.az xəbər verir ki, paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlamasında matç üçün 25 minə yaxın biletin satıldığını bildirib.

Xeyriyyə oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Xatırladaq ki, martın 26-da Türkiyənin “Qalatasaray” klubu da Bakıda “Qarabağ”la xeyriyyə oyunu keçirmişdi. Görüş türkiyəlilərin 2:1 hesablı qələbəsi ilə bitmişdi.

Oxşar xəbərlər

Azərbaycan - Avstriya matçına beş minə yaxın bilet satıldı
“Beşiktaş”ın səfər proqramı açıqlandı
"Sabah" - "Beşiktaş" matçını yayımlayacaq kanallar - Yoldaşlıq görüşü
“Sabah” – “Beşiktaş” matçının biletləri satışda – VİDEO
"Sabah" - "Beşiktaş" oyununun başlama saatı məlum oldu - Yoldaşlıq oyunu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər