Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futbol jurnalistikası təlimi başlayıb - FOTO
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında AFFA ilə əməkdaşlıq əsasında ADBTİA-nın İxtisasartırma Proqramları çərçivəsində futbol jurnalistikası təlimi başlayıb.
Sportfm.az saytı xəbər verir ki, təcrübəli təlimatçı Dan Meysonun rəhbərliyi ilə keçirilən təlimdə əvvəlcə ADBTİA-nın İxtisasartırma Proqramlarının meneceri Tükəzban Cəfərova proqramda nəzərdə tutulan məsələlər barədə danışıb, ardınca AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş mütəxəssisi Firuz Abdulla qısa çıxış edərək iştirakçılara uğurlar arzulayıb.
ADBTİA-nın Strateji İnkişaf Qrupunun rəhbəri, rektorun xarici əlaqələr üzrə müşaviri Şəmsiyyə Mustafayevanın salamlama nitqindən sonra təlim proqram üzrə öz işinə başlayıb.
Futbol jurnalistikası təliminə aprelin 18-də yekun vurulacaq.
Oxşar xəbərlər
ADBTİA AMADA ilə əməkdaşlığa başladı
AFFA-nın əməkdaşlarına fəxri ad verildi
ADBTİA tələbələri yeni tədris korpusunda dərslərə başladı - FOTO
Şərhçilər üçün seminar yekunlaşdı - FOTO
İdman jurnalistlərinə sertifikatlar təqdim olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası