reklam
Sportfm.az xəbər saytı

"Azərbaycanı məğlub etmək üçün ən yaxşı formada çıxış etməliyik" -Ranqnik


Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya millisi ilə kirəcəkləri oyundan danışıb.

Sportfm.az xəbər verir ki, almaniyalı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında deyib:

"Turnirə mümkün qədər uğurlu başlamaq çox vacibdir. Azərbaycan və Estoniya çətin rəqiblərdir. Əsl ev oyunu göstərməliyik. Qələbə qazanmaq istəyirik. Hər iki oyunda bunu bacaracağımızı gözləyirik. Amma bunlar adi ötürmələrlə qalib gələ biləcəyimiz rəqiblər deyil. Azərbaycanı məğlub etmək üçün ən yaxşı formada çıxış etməliyik. Eyni sözlər Estoniya ilə matç üçün də keçərlidir".

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.

Oxşar xəbərlər

“Azərbaycanı zəif rəqib deyil" - Ralf Ranqnik
Axır ki, qalib gəldik - AVRO-2024
"Azərbaycana qalib gələ bilərik" - Ranqnik
Yeni stadionda ilk oyun Azərbaycana qarşı olacaq
“Azərbaycan millisi bizimlə eyni səviyyədə...” - Tomas Heberli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər