1/4 finalın son iştirakçıları məlum olacaq -Çempionlar Liqası
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu gün baş tutacaq qarşılaşmalarla 1/4 finalın bütün iştirakçıları məlum olacaq.
“Real” İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi “Liverpul”u qəbul edəcək
Gecənin digər matçında isə “Napoli” İtaliyada “Ayntraxt”la (Frankfurt) üz-üzə gələcək. Neapol təmsilçisi ilk oyunda 2:0 hesablı qələbə qazanıb.
Daha əvvəl Almaniyanın “Bayern”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, həmçinin İtaliyanın “Milan” və “İnter”, Portuqaliyanın “Benfika” komandaları 1/4 finala vəsiqə qazanıblar.
Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
15 mart
00:00. Real (İspaniya) – Liverpul (İngiltərə)
Baş hakim: Feliks Tsvayer (Almaniya)
İlk oyun – 5:2
Madrid, “Santyaqo Bernabeu” stadionu
00:00. Napoli (İtaliya) – Ayntraxt (Frankfurt, Almaniya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
İlk oyun – 2:0
Neapol, “Dieqo Armando Maradona” stadionu
Oxşar xəbərlər
Cavab matçlarında hansı nəticələr qeydə alınacaq? - Çempionlar Liqası
“Real” və “Napoli” növbəti mərhələdə - Çempionlar Liqası
“Liverpul” “Real”a uduzdu, “Napoli” qalib gəldi - Çempionlar Liqası
“Bayern” PSJ ilə üz-üzə - Çempionlar Liqası
“Real” “Liverpul”a, “Bayern” PSJ-yə rəqib oldu - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası