reklam
Cavab matçlarında hansı nəticələr qeydə alınacaq? -
Sportfm.az xəbər saytı

Cavab matçlarında hansı nəticələr qeydə alınacaq? -Çempionlar Liqası


Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

“Çelsi” doğma meydanda Madrid “Real”ı ilə üz-üzə gələcək. İlk oyunda 2 cavabsız qolla qalib gəlmiş İspaniya nəhənginə səfərdə heç-heçə də kifayət edəcək. “Zadəganlar” isə mərhələ adlamaq üçün ÇL-in son qalibi olan bu rəqibini darmadağınla məğlub etməlidir.

Günün digər oyunu İtaliyanın iki təmsilçisi – “Napoli” ilə “Milan” arasında olacaq. Bu komandaların ilk oyununda da milanlılar qələbə sevinci yaşayıblar. Qonaqlara Neapolda heç-heçə də kifayət edəcək. “Napoli” isə yalnız inamlı qələbə qazanacağı halda mərhələ adlaya bilər.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları

18 aprel

23:00. Çelsi (İngiltərə) – Real (İspaniya)
Baş hakim: Daniel Orsato (İtaliya).
London. “Stemford Bric” stadionu.
İlk oyun – 0:2.

23:00. Napoli (İtaliya) – Milan (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa).
Neapol. “Dieqo Armando Maradona” stadionu.
İlk oyun – 0:1.

Oxşar xəbərlər

"Milan" və "Real Madrid" yarımfinala yüksəldi - Çempionlar Liqası
“Real” və “Napoli” növbəti mərhələdə - Çempionlar Liqası
1/4 finalın son iştirakçıları məlum olacaq - Çempionlar Liqası
Daha 2 komanda 1/4 finala çıxacaq - Çempionlar Liqası
“Liverpul” “Real”a uduzdu, “Napoli” qalib gəldi - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər