“Real” “Liverpul”a, “Bayern” PSJ-yə rəqib oldu -Çempionlar Liqası
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu mərhələnin cütləri məlum olub. 1/8 finalda “Real” “Liverpul”la, “Bayern” isə PSJ ilə qarşılaşacaq.
1/8 finalın ilk oyunları 14-15 və 21-22 fevralda, cavab görüşləri isə 7-8 və 14-15 martda keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
Leyptsiq (Almaniya) – Mançester Siti (İngiltərə)
Brügge (Belçika) – Benfika (Portuqaliya)
Liverpul (İngiltərə) – Real (İspaniya)
Milan (İtaliya) – Tottenhem (İngiltərə)
Ayntraxt (Almaniya) – Napoli (İtaliya)
Borussiya (Dortmund, Almaniya) – Çelsi (İngiltərə)
İnter (İtaliya) – Portu (Portuqaliya)
Bayern (Almaniya) – PSJ (Fransa)
Oxşar xəbərlər
“Mançester Siti” dünyada birincidir
Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
1/8 finalın ilk oyunlarına yekun vurulur - Çempionlar Liqası
“Bayern” PSJ ilə üz-üzə - Çempionlar Liqası
Qrup mərhələsində sonuncu tur - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası