reklam
UFC reytinqində ilk sıraya yüksəldi -
Sportfm.az xəbər saytı

UFC reytinqində ilk sıraya yüksəldi -FOTO


UFC-nin yeni reytinq cədvəli açıqlanıb.

Sportfm.az xəbər verir ki, məşhur amerikalı qaydasız döyüş ustası Con Cons çəki kateqoriyasından asılı olmayaraq liderliyə yüksəlib. O, 9 pillə irəliləyib.

İlk pillədə qərarlaşan avstraliyalı Aleksandr Volkanovski isə ikinci yerə düşüb. Bu pillənin sahibi rusiyalı İslam Maxaçev 3-cü pilləyə geriləyib.

Xatırladaq ki, Cons ötən şənbə Las Veqasda fransalı Siril Qanı məğlub edərək 3 illik fasilədən sonra ağır çəkidə kəmərə sahib çıxıb. O, karyerası ərzində 27 görüşdə qalib gəlib və yalnız 1 dəfə uduzub. Consun məğlub olduğu yeganə döyüş 2009-cu ildə baş tutub. Həmin görüşdə amerikalı qaydasız döyüş ustası rəqibinə qaydalardan kənar dirsək zərbələri endirdiyinə görə məğlub elan edilib.

Oxşar xəbərlər

UFC-nin yeni çempionu İslam Maxaçev
Tayson Cons ilə döyüşdə 10 milyon qazanacaq
Azərbaycan UEFA reytinqində irəlilədi - 25-ci pilləyə yüksəldi
Makqreqorun 40 saniyədə qazandığı qələbə - VİDEO
Həbib ilk dəfə gerilədi - UFC reytinqində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər