AFFA klublarımızı cərimələdi -QƏRAR
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, Misli Premyer Liqasının 25-ci turunda keçirilən oyunlarla bağlı qərarlar verilib.
“Səbail” – “Sumqayıt” oyununda “Səbail”in azarkeşləri tərəfindən təhqiramiz ifadələrin işlənməsinə görə klub 4000 manat cərimələnib. “Səbail”in oyunçusu Qustavo de Fransa rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimələnib.
“Sumqayıt”ın nümayəndəsinin iclasa gecikməsinə görə klub 800 manat cərimələnib.
“Sabah” –“Kəpəz” oyununda “Sabah”ın futbolçusu Anatoli Nuriyev ikinci sarı vərəq alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimələnib.
“Kəpəz”in futbolçusu Abdullahi Şuaybu ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 2 oyunluq cəzalandırılıb, klub 1600 manat cərimələnib. “Kəpəz”in azarkeşləri tərəfindən oyunun hakimlərinin kütləvi təhqir edilməsinə görə klub 4000 manat cərimələnib.
“Qəbələ” –“Qarabağ” oyununda “Qarabağ”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
Oxşar xəbərlər
“Kəpəz” azarkeşlərinə görə cəzalandı
İntizam Komitəsinin qərarları - AFFA
AFFA klublarımızı cərimələdi
AFFA bu klublarımızı cərimələdi
Kamran Ağayevə ağır cəza - Qırmızı vərəqəyə görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası