Kamran Ağayevə ağır cəza -Qırmızı vərəqəyə görə
AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının 15-ci turunun oyunlarında baş verənlərlə bağlı qərarlar açıqlanıb.
Sportfm.az xəbər verir ki, “Sumqayıt” – “Səbail” matçında “Səbail”in qapıçısı Kamran Ağayev “kobud oyuna” görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.
“Səbail”in futbolçusu Peyman Keşavarzi ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
“Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oxşar xəbərlər
AFFA klubları cərimələdi - 800 manat
I Divizionda cəzalar açıqlandı
Divizion klubları cəzalandı
I Divizion klublarının cəzası açıqlandı
AFFA klublara cərimə kəsdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları














Misli Premyer Liqası