reklam
Sportfm.az xəbər saytı

"Deyərdim ki, 2 xal itirdik" -Kilan Lebon


"Neftçi" Azərbaycan Premyer Liqasının 24-cü turunun oyununda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.

Sportfm.az xəbər verir ki, "ağ-qaralar"ın qolunun müəllifi Kilan Lebon matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Fransalı yarımmüdafiəçinin müsahibəsini diqqətinizə çatdırırıq:

 

- Düşünürəm ki, yaxşı oynadıq. Yaxşı oynadığımıza görə qələbə qazanmağa layiq idik. Rəqib sonra bərabərlik qolunu vurdu. Buna baxmayaraq, 1 xal qazandıq. Yaxşı nəticədir. Ümid edirəm ki, mövsümün sonuna kimi bu cür davam edəcəyik. 


- Ataa Caberin zədələnərək meydanı tərk etməsi oyununuza təsir etdi?

- Bəli, təsir etdiyini düşünürəm. Çünkü, hamı o zədəni gördü. Bizə psixoloji cəhətdən pis təsir etdi. 


- "Qarabağ"la səfərdə heç-heçə etdiniz. 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?

- Deyərdim ki, 2 xal itirdik. 


- Abdullah Zubirlə yaxından tanışlığınız var?

- Bəli.


- Oyununuzda oxşarlıq görürsən?

- Bir az var. Amma biz fərqli oyunçularıq. 


- Matçdan öncə qələbə üçün mükafat vəd edilmişdi?

- Xeyr. Bu barədə danışığımız olmayıb. Məqsədimiz qələbə qazanmaq idi.

Elçin Əlixan

Oxşar xəbərlər

"Koronavirus ən çox bizə təsir edib" - Aftandil Hacıyev
Roberto Bordin: Rəqibə ortada oyun qurmağa icazə verdik
“Səbail”in futbolçusu: “Məqsədimiz mükafatçılar sırasına düşməkdir”
Mladen Milinkoviç:"Ona etirazımı bildirdim"
Emin Mahmudov: Oynamaq daha asan oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər