“Səbail”in futbolçusu: “Məqsədimiz mükafatçılar sırasına düşməkdir”
"Bütün komanda yoldaşlarımı təbrik edirəm. Bu üç xal bizim üçün çox vacib idi. Oyuna çox yaxşı köklənmişdik. İlk hissədə istədiyimiz futbolu nümayiş etdirdik və iki qol vurduq".
Sportfm.az bildirir ki, bunu Report-a "Səbail"in futbolçusu Fəhmin Muradbəyli Azərbaycan Premyer Liqasının VII turunda evdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdikdən sonra deyib. Matçın 4-cü dəqiqəsində hesabı açan 22 yaşlı cinah yarımmüdafiəçisi bildirib ki, onun üçün nəticə daha vacibdir: "Hesabı açmağım xoş oldu, lakin qələbə daha önəmlidir. Daha çox vura bilərdik. Hava şəraiti də çıxışımıza təsir etdi. Müdafiə olunmağa lüzum varsa, bundan utanmaq lazım deyil. Qələbə qazanmaq üçün hesabı da qorumaq şərtdir. Düzgün oynadıq və 3 xal əldə etdik".
Muradbəyli "Səbail"in cari mövsümdəki hədəflərindən də söz açıb: "Komandanın "üçlüy"ə düşmək baxımından potensialı əsas rəqiblərimizdən yaxşıdır. Bunu bacaracaq səviyyədəyik. Düzdür, ötən tur "Neftçi"yə 0:4 hesabı ilə uduzduğumuz qarşılaşmada oyunumuz alınmadı. Amma bu, hər bir komandanın başına gələ bilər. Əsəs odur ki, toparlandıq və yaxşı qələbə qazandıq. özü də, buna qol buraxmadan nail olduq. Məqsədimiz ilk "üçlük"də qərarlaşmaq, mükafatçılar sırasına düşməkdir. Ötən mövsümlə müqayisədə heyətimiz də güclənib. Rəhbərlik də bunun üçün çalışır. Komanda ildən-ilə daha yaxşı olacaq".
Qeyd edək ki, "Səbail" Premyer Liqada 10 xalla 3-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Finalda da qələbə gözləyirəm" - Ayxan Abbasov
“Qarabağ” demək olar ki, top görmədi” - Kamran Quliyev
Fəhmin Muradbəyli qalib gəlmədyimiz matçı yaxşı nəticə ilə başa vurduğumuzu düşünür
""Sumqayıt"a güclü komanda kimi baxmağa başlayıblar" - Samir Abbasov
"Neftçi"nin hücumçusu: Onlar bizi çox yaxşı tanıyırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR















Misli Premyer Liqası