"Neftçi"nin futbolçusuna tikiş atıldı -Açıqlama
Premyer Liqanın 24-cü turu çərçivəsində fevralın 27-də “Azərsun Arena”da keçirilmiş “Qarabağ”la oyunda zədələnmiş “Neftçi”nin futbolçusu Ataa Caber klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Sportfm.az xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bunları bildirib:
“Ataa Caber oyun zamanı diz qapağından aşağı 3-4 sm uzunluğunda deşilmiş yara ilə əlaqədar klinikaya yerləşdirildi. İlkin müayinədən sonra sümüklərinin tamlığının pozulmadığı müəyyənləşdi, vətərlərinin də tamlığında ciddi problem yoxdur. Cərrahi işlənilərək xəstəyə elastik bandajla sıxıcı sarğı qoyuldu və o, evə buraxıldı. Sonrakı müayinələr üçün futbolçuya təkrar baxılacaq. Yəqin ki, 10 gündən sonra tikişləri söküləcək, daha sonra isə fərdi hərəkətlərə başlayacaq”.
Oxşar xəbərlər
“Neftçi”nin zədəlilərinin durumu açıqlandı
Gənc futbolçu əməliyyat olundu
Lavalın durumu açıqlandı
Kenni Sayef geri dönür...
Ataa Caber "Neftçi"də - Transfer
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı














Misli Premyer Liqası