reklam
Karateçimiz Fujeyrada medal qazandı
Sportfm.az xəbər saytı

Karateçimiz Fujeyrada medal qazandı


Raul Səfərəliyev (-63 kq) 14-15 yaşlı yeniyetmələr arasında Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən “Karate1 Youth League” turnirinin mükafatçısı olub.

Sportfm.az xəbər verir ki, Dünya Karate Federasiyasının rəsmi yarışlarına ilk dəfə qatılan perspektivli idmançımız beş döyüşdən dördünü qələbə ilə başa vuraraq nüfuzlu turnirin bürünc medalını qazanıb.

Yarışın əvvəlki günlərində Amin Yadigarlı (-55 kq, 16-17 yaşlı gənclər) birinci yeri, Nicat Kərimli (-75 kq, 21 yaşadək gənclər) və Rumil Cəfərli (-76 kq, 16-17 yaşlı gənclər) isə ikinci pilləni tutub.

Mövsümün ilk “Karate1 Youth League” turnirində 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 21 yaşadək gənclər mübarizə aparır. Mötəbər yarışda 67 ölkədən 1169 idmançı iştirak edir.

Oxşar xəbərlər

Karateçimizdən uğurlu çıxış - Gümüş medal qazandı
Karateçilərimiz üçün BƏƏ sınağı - Beynəlxalq turnir
19 idmançımız İtaliyada çıxış edəcək
Gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandı - FOTO
Bakıda beynəlxalq karate turniri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər