reklam
Karateçilərimiz üçün BƏƏ sınağı -
Sportfm.az xəbər saytı

Karateçilərimiz üçün BƏƏ sınağı -Beynəlxalq turnir


Azərbaycanın uşaq, yeniyetmə və gənc karateçiləri fevralın 23-də Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində start götürəcək “Karate1 Youth League” turnirində iştirak edəcək.

Sportfm.az xəbər veri rki, yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparacaqlar.

67 ölkədən 1169 idmançının qatılacağı turnirə klub və milli komandanın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edəcək. Karateçiləri yığmanın məşqçilərindən Şahin Xudaverdiyev, Seymur Xudaverdiyev və Akif Kərimov müşayiət edəcək.

Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev mötəbər yarışın hakimləri arasında olacaqlar.

Turnirə fevralın 26-da yekun vurulacaq.

Oxşar xəbərlər

Karateçimiz Fujeyrada medal qazandı
Karateçimizdən uğurlu çıxış - Gümüş medal qazandı
19 idmançımız İtaliyada çıxış edəcək
Azərbaycan Gənclər Liqasında iştirak edəcək - Beynəlxalq turnir
Azərbaycan idmançıları Avropa çempionatında 8 medal qazandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər