reklam
Test yürüşləri başa çatdı
Sportfm.az xəbər saytı

Test yürüşləri başa çatdı


Bəhreyndə yeni mövsümə hazırlıq məqsədilə test yürüşlərinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, sınaq məqsədli yarışın sonuncu günündə “Red Bull”un üzvü Serxio Peres uğur qazanıb. Meksikalı pilot ən yaxşı dövrəsini 1 dəqiqə 30 saniyəyə qət edərək rəqiblərini qabaqlayıb. O, ümumilikdə 133 dövrə ilə yadda qalıb.

Xatırladaq ki, test yürüşlərinin ilk günündə “Red Bull”un lideri Maks Ferstappen uğur qazanmışdı. Son yarış günündə “Mersedes”də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton da xoş təsir bağışlayıb. Britaniyalı pilot 65 dövrə qət edib və 2-ci ən yaxşı nəticəni göstərib. “Alfa Romeo”nu təmsil edən Valtteri Bottas 3-cü olub. Səhər təşkil olunan sınaq məqsədli yürüşlərdə qalib gələn “Ferrari” pilotu Şarl Lekler isə günün sonunda 4-cü yerə sahib çıxıb. Onun komanda yoldaşı Karl Sayns 5-ci ən yaxşı nəticəni göstərib.

ƏSon iki mövsümün qalibi Maks Ferstappen bu dəfə mübarizəyə qoşulmayıb. Bununla yanaşı ötən günün qalibi Quanyu Çjou və mövsümün debütantı Loqan Sarcent də bolidini trasda hərəkət etdirməyib.

Xatırladaq ki, gələn həftənin sonunda artıq Bəhreyndə mövsümün ilk Qran-prisi təşkil olunacaq.

Oxşar xəbərlər

Ferstappen sərbəst yürüşü ilk pillədə başa vurdu - Formula 1
Maks Ferstappen Azərbaycan Qran-prisinin qalibidir
Serxio Peres ən yaxşı oldu - Formula 1
Səudiyyə Ərəbistanı qran-prisinin qalibi - Maks Ferstappen
Hamilton yenə qalib oldu - Böyük Britaniya Qran-Prisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər