AFFA klublarımızı cərimələdi
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, Misli Premyer Liqasının 23-cü turunda keçirilən oyunlarla bağlı qərarlar verilib.
“Şamaxı” oyununda “Kəpəz” klubunun topdaşıyanları topları oyunçulara ötürərkən vaxtı uzatdıqlarına görə kluba xəbərdarlıq edilib.
“Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyinə görə klub 4000 manat cərimə edilib. Bundan əlavə “Neftçi”yə oyundan əvvəl meydançanın vaxtında sulanmamasına görə xəbərdarlıq edilib.
“Sabah” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
“Sabah” klubunun texniki zonasından meydançaya kənar əşyanın atılmasına görə klub 1600 manat cərimə edilib. Həmçinin “Sabah”ın baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozaraq hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klub 1600 manat cərimə edilib.
Oxşar xəbərlər
Birinci divizion klublarının cərimələri - Qərar
İntizam Komitəsinin qərarları - AFFA
AFFA klublarımızı cərimələdi
AFFA bu klublarımızı cərimələdi
Premyer Liqamızda klublar cərimələndi - AFFA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin